Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama
sosial

Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama

24-09-2026 08:00 21 Просмотров
IMG

Həddindən artıq istifadə edildikdə şəkər istənilən formada sağlamlığa zərər verə bilər.


Tvit.az xəbər verir ki, bunu rusiyalı diyetoloq Anton Polyakov Aif.ru saytına müsahibəsində deyib.

 

Onun sözlərinə görə, həddindən artıq şəkər istifadəsi diş minası ilə bağlı problemlərə, qanda şəkərin səviyyəsinin kəskin yüksəlib daha sonra sürətlə azalmasına səbəb ola bilər. Həmçinin şəkərli diabet və bağırsaq mikrobiomunun tərkibinin dəyişməsi riski də yarana bilər.

 

"Xüsusilə artıq çəki və piylənməyə meyilli insanlar daha diqqətli olmalıdırlar", - deyə diyetoloq bildirib.

 

Anton Polyakov şirin qidalara üstünlük verənlər üçün şəkəri hansı məhsullarla əvəz etməyin mümkün olduğunu da açıqlayıb.

 

"Şəkər əvəzedicilərindən, məsələn, steviyadan və ya göbələk şəkəri kimi tanınan treqalozadan istifadə etmək olar. Bunlar şirinə ehtiyac yarandıqda istifadə edilə biləcək nisbətən təhlükəsiz variantlardır", - deyə o qeyd edib.

 

Diyetoloq təbii şirin mənbələrə üstünlük verməyin daha yaxşı seçim olduğunu da vurğulayıb.

 

"İdeal variant adi meyvə və giləmeyvələrə üstünlük vermək, yəni əsasən təbii şəkərlərdən istifadə etmək və sənaye üsulu ilə istehsal olunan şəkərli məhsulların istehlakını azaltmaqdır", - deyə Polyakov əlavə edib.