Türkiyənin müdafiə şirkətləri ASELSAN və ROKETSAN hava hücumundan müdafiə sistemləri üçün alt komponentlərin tədarükü ilə bağlı 1 milyard 234 milyon 210 min avro dəyərində müqavilə imzalayıb.
Tvit.az xəbər verir ki, bu barədə ASELSAN İctimaiyyəti Açıqlama Platformasına (KAP) məlumat yayıb.
Müqavilənin hansı hava hücumundan müdafiə sistemləri və komponentlərini əhatə etdiyi açıqlanmayıb.
Aysel Şirinova