Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Əraqçı: Pezeşkian Nyu-Yorkda İranın maraqlarını müdafiə edəcək
dünya

Əraqçı: Pezeşkian Nyu-Yorkda İranın maraqlarını müdafiə edəcək

22-09-2026 17:00 11 Просмотров
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorkda bildirib ki, səfərinin əsas məqsədi son müharibədən sonra İran xalqının hüquq və mənafelərini müdafiə etmək üçün BMT platformasından istifadə etməkdir.


Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.


Onun sözlərinə görə, İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasında çıxış edəcək, beynəlxalq mediaya müsahibələr verəcək, siyasətçilər, akademiklər və media nümayəndələri ilə görüşlər keçirəcək. Əraqçının özü müxtəlif ölkələrin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.


İran XİN başçısı qeyd edib ki, hazırkı Baş Assambleyanın mövzusu "BMT-yə etimadın bərpası"dır. O bildirib ki, təşkilata olan etimad beynəlxalq sülhü və təhlükəsizliyi effektiv şəkildə təmin edə bilməməsi səbəbindən sarsılıb.


Elmin Alışov