Avropa Birliyinin (AB) məlumat tənzimləyicisi, istifadəçilərin yer məlumatlarını AB qaydalarını pozaraq emal etdiyinə görə Google şirkətini 403 milyon avro cərimələyib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Google, veb tətbiq fəaliyyəti və yer tarixçəsi bölmələrində yer məlumatlarının emalının qanuniliyinə və ədalətliliyinə, eləcə də yer dəqiqliyi bölməsində şəxsi məlumatların emalı ilə bağlı qanunilik, ədalətlilik və şəffaflıq prinsiplərinə uyğunluğunu nümayiş etdirmədiyinə və hər üç xüsusiyyət üçün şəffaflıq öhdəliklərini yerinə yetirmədiyinə görə cərimələnib.
Elmin Alışov