Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi
turizm

Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi

21-09-2026 11:00 19 Просмотров
IMG

Sabunçu rayonunun Bilgəh qəsəbəsində dənizdə batan şəxslərin kimlikləri məlum olub.

 

Tvit.az xəbər verir ki, sentyabrın 19-u saat 16 radələrində Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadə suda boğulublar.

 

Hazırda onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

 

Qeyd edək ki, dənizdə boğulanlar tələbə imişlər.