Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Pakistanda polis məntəqəsinə hücum: 16 nəfər ölüb
dünya

Pakistanda polis məntəqəsinə hücum: 16 nəfər ölüb

18-09-2026 17:00 15 Просмотров
IMG

Pakistanın şimal-qərbində polis məntəqəsinə intihar hücumu nəticəsində azı 16 nəfər həlak olub.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Xayber Paxtunxva əyalətinin Kohat şəhərində baş verib. Əyalət polis rəisi Zülfikar Həmidin sözlərinə görə, partlayıcılarla yüklənmiş avtomobil polis binasının xarici divarına çırpılıb. Hücumçunu müşayiət edən silahlı şəxslər isə atəş açıblar.

 

Partlayışın polis əməkdaşlarının, onların ailə üzvlərinin və digər mülki şəxslərin cümə namazı qıldığı məscidin yaxınlığında baş verdiyi bildirilir. Ölənlər arasında 5 polis əməkdaşı da var.

 

Polislə hücumçular arasında silahlı qarşıdurmanın davam etdiyi, partlayıcı jilet geyinmiş bir hücumçunun öldürüldüyü açıqlanıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

 

Aysel Şirinova