Rusiya Prezidenti Vladimir Putin Çin, Hindistan və Cənubi Afrika Respublikasının (CAR) Ukraynadakı münaqişənin həllinə töhfə vermək istəyini müsbət qiymətləndirir.
Tvit.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Mətbuat katibi bildirib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi Yeni Dehlidə keçirdikləri görüşlərdə Ukrayna böhranını müzakirə ediblər. Tərəflər nizamlanma prosesində rol oynamağa və ehtiyac olarsa, öz töhfələrini verməyə hazır olduqlarını ifadə ediblər.
D.Peskovun sözlərinə görə, Rusiya dövlət başçısı bu mövqeyi çox müsbət qarşılayıb, eləcə də mövcud vəziyyət və cəbhə xəttindəki real şərait barədə tərəflərə əlavə aydınlıq gətirib. Kreml rəsmisi vurğulayıb ki, Kiyevə təsir imkanları olan istənilən ölkənin konstruktiv mövqeyi təşviq etməsi sülh prosesinə mühüm töhfə ola bilər.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Hindistan Baş nazirinin xüsusi hərbi əməliyyat zonasındakı proseslərin detallarına dərindən bələd olduğunu və ikitərəfli danışıqlarda Ukrayna mövzusunun əsas yer tutduğunu bildirmişdi. N.Modi isə öz növbəsində Hindistanın münaqişənin tezliklə səngiməsi və dinc yolla həlli istiqamətindəki bütün səyləri dəstəkləməkdə davam edəcəyini bəyan edib.
Aysel Şirinova