Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanla Qırğızıstan arasında daha bir mühüm addım - Sazişlər təsdiqlənir
sosial

Azərbaycanla Qırğızıstan arasında daha bir mühüm addım - Sazişlər təsdiqlənir

14-09-2026 13:00 20 Просмотров
IMG

Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətlərinə dair müqavilə rəsmiləşir.

 

Tvit.az xəbər verir ki, bununla bağlı müvafiq qanun layihələri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

 

İclasda üç qanun layihəsi müzakirə olunub.

 

Bunlar "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin təsdiqi, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş"in təsdiqi, eləcə də "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında 2022-ci il 11 oktyabr tarixli Sazişə dəyişikliklərin edilməsi haqqında İkinci Əlavə Saziş"in təsdiqi ilə bağlıdır.

 

Müzakirələrdən sonra qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Qeyd edək ki, Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında müqavilə iyulun 31-də imzalanıb. Sənədə Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov imza atıblar.