Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya "Trampın səhvlərini görürəm" - Lukaşenko
dünya

"Trampın səhvlərini görürəm" - Lukaşenko

11-09-2026 16:00 12 Просмотров
IMG

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskin Vaşinqtonla müxtəlif istiqamətlərdə münasibətlərin bərpası məsələsini müzakirə etməyə hazır olduğunu bəyan edib.

 

Tvit.az xəbər verir ki, bu barədə "BelTA" xəbər agentliyi məlumat yayıb.

 

Onun sözlərinə görə, Belarus tərəfi dialoqa açıqdır və ABŞ artıq bir sıra Belarus şirkətlərinə qarşı sanksiyaları ləğv edib:

 

"Biz açıqıq. Onlar bir sıra şirkətlərimizə qarşı sanksiyaları qaldırıblar və məhdudiyyətləri daha da yumşaltmağa hazırdırlar. Müzakirə olunası çoxlu sayda məsələ var. Diplomatik nümayəndəliklərin tam fəaliyyətinin bərpası, nüvə materialları və digər istiqamətlər üzrə birgə proqramlarımız var. Əgər kalium gübrələri almaq istəyirlərsə, biz buna da hazırıq".

 

A.Lukaşenko, həmçinin ABŞ-nin daxili siyasi proseslərinə və diplomatik təmaslara toxunaraq bildirib ki, Donald Trampın mövqeyini dəstəkləyir:

 

"Açıq şəkildə demişəm ki, mən Tramp tərəfdarıyam, onu dəstəkləyirəm. Eyni zamanda onun səhvlərini də görürəm və bunu birbaşa onun ən yaxın dostuna bildirirəm".

 

Belarus lideri həmin nümayəndənin adını açıqlamasa da, qeyd edək ki, bundan əvvəl ABŞ Prezidentinin xüsusi elçisi Con Koul danışıqlar aparmaq üçün bir neçə dəfə Minskə səfər edib.

 

Aysel Şirinova, 

Tvit.az