İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin sentyabrın 9-da qəbul etdiyi qətnamənin digər ölkələri Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmağa sövq edə biləcəyini bildirib.
Tvit.az TASS-a istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi deyib.
“İdarə Heyəti tərəfindən qəbul edilən İran əleyhinə qətnamə qanunsuz, texniki cəhətdən əsassız, tamamilə siyasi və qəbuledilməzdir. Eyni zamanda, bu qətnamədə ABŞ və sionist rejimin (İsrailə istinadən – TASS) açıq təzyiqinin izi görünür. MAQATE-nin siyasiləşdirilmiş və dağıdıcı hərəkətləri ölkələri NPT-dən çıxmağa sövq edəcək”, – deyə o, H-də yazıb.
Qeyd edək ki, bundan əvvəl MAQATE-nin İdarə Heyəti ABŞ və üç Avropa ölkəsi tərəfindən təklif edilən, Tehranın nüvə proqramına dair İran əleyhinə qətnaməni qəbul edib.
Səsvermə zamanı 23 ölkə qətnamənin lehinə, 8 ölkə bitərəf, 3 ölkə isə əleyhinə səs verib.
İranın Vyanadakı beynəlxalq təşkilatlar yanında missiyası qətnaməni qərəzli və siyasi motivli adlandırıb.
Aysel Şirinova