Tesla şirkətinin Çində pərakəndə avtomobil satışları avqust ayında ardıcıl üçüncü ay azalıb. Şirkətin Şanxaydakı zavodundan avtomobil ixracı isə ardıcıl səkkizinci aydır artır.
Tvit.az xəbər verir ki, Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) məlumatlarına əsasən, Tesla avqust ayında Çində 50 047 avtomobil satıb.
Bu, ötən ilin avqust ayı ilə müqayisədə 12,4% azdır. Belə ki, ötən ilin eyni ayında şirkətin Çində satışları 57 152 avtomobil təşkil edib.
Bununla belə, Tesla-nın avqust satışları iyul ayındakı 27 249 avtomobillə müqayisədə 83,7% artıb. Buna baxmayaraq, bu göstərici şirkətin 2022-ci ildən bəri Çində avqust ayı üzrə ən aşağı satış nəticəsidir.
Şirkətin Şanxay zavodundan avqust ayında 36 119 avtomobil ixrac edilib. Bu, illik ifadədə artımın ardıcıl səkkizinci ayıdır.
Avqust ayında ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 38,7% artsa da, iyul ayındakı 66 330 avtomobillik rekord göstəricidən 45,6% aşağı olub.
Aysel Şirinova