Türkiyədə keçmiş polis məmuru Cəmil Koç tərəfindən öldürüldükdən sonra yol kənarında çamadanda tapılan 22 yaşlı universitet tələbəsi Ayşe Tokyazın qətli ilə bağlı məhkəmə prosesi keçirilib.
Tvit.az Türkiyə mediasına istinadən xəbər verir ki, müttəhim Cəmil Koç "qəsdən və qeyri-insani niyyətlə bir qadını öldürmək" ittihamı ilə ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib. Koç həmçinin ona qarşı irəli sürülən digər ittihamlar üzrə müxtəlif həbs cəzaları alıb.
Ayşe Tokyazın qətli ilə bağlı şübhəli Cəmil Koçun (38) da daxil olmaqla, 9-u həbsdə olan 11 təqsirləndirilən şəxsin məhkəməsi davam edib.
Aysel Şirinova