Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rusiya büdcəsində neft üçün 50 dollarlıq hədd
dünya

Rusiya büdcəsində neft üçün 50 dollarlıq hədd

09-09-2026 20:00 11 Просмотров
IMG

Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Maliyyə Nazirliyi büdcə qaydası çərçivəsində neftin qiyməti üzrə alternativ məhdudiyyətləri nəzərdən keçirmir. Baza variantı bir barel neft üçün 50 dollar olaraq müəyyənləşdirilib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Siluanov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu qiymət müxtəlif enerji qiymətləri şəraitində büdcə sabitliyinin təmin edilməsi baxımından optimal səviyyədir.

 

Nazirin sözlərinə görə, bir barel üçün 50 dollarlıq göstərici neft qiymətlərindəki dəyişkənliyin büdcə balansına təsirini minimuma endirəcək. O vurğulayıb ki, hazırda büdcə qaydası üçün əsas ssenari məhz 50 dollar səviyyəsidir.

 

Aysel Şirinova