Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Aİ Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib
dünya

Aİ Husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib

08-09-2026 23:00 15 Просмотров
IMG

Avropa İttifaqı Husilərin Səudiyyə Ərəbistanına hücumlarını qətiyyətlə pisləyib və Ər-Riyadla həmrəy olduğunu bildirib.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Anuar El Anouni mülki şəxslərin və infrastrukturun hədəfə alınmasını qəbuledilməz adlandırıb.

 

Aİ Husiləri Yəmən daxilində və xaricində, o cümlədən Qırmızı dənizdə kommersiya gəmilərinə qarşı bütün hücumlara dərhal son qoymağa çağırıb.

 

Bəyanatda qeyd olunub ki, Yəməndə sülh və sabitliyin təmin olunması Körfəz regionu və Qırmızı dənizin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.

 

Aysel Şirinova