Fransa işğal olunmuş Qərb Şəriyəsindəki İsrail yaşayış məntəqələrindən məhsulların idxalını qadağan etmək üçün prosesə başlayacaq.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib ki, Fransa bu addımı oxşar razılaşma əldə edən 11 ölkə ilə birlikdə atacaq.
Barrot Qərb Şəriyəsində yaşayış məntəqələrinin genişləndirilməsi və fələstinlilərə qarşı zorakılığın artmasını qərarın əsas səbəbləri kimi göstərib.
Qeyd edək ki, Fransa ötən il Fələstin dövlətini tanıyıb.
Aysel Şirinova