Gürcüstan 2026-cı ilin ilk yeddi ayında Ermənistana çörək və şirniyyat ixracını ikiqat artırıb.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, ölkə 2 224 ton məhsulu 8 milyon 776 min dollar dəyərində ixrac edib. İxracın həcmi 129 faiz artıb. Bu göstəriciyə həm yerli istehsal olunan məhsulların ixracı, həm də idxal edilən məhsulların təkrar ixracı daxildir.
Bundan əlavə Gürcüstan Ermənistana 343 ton çörək və un məmulatı satıb. Bu məhsulların ümumi dəyəri 1,6 milyon dollar təşkil edib.
Aysel Şirinova