Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Türkiyədə azərbaycanlı motosikletçi betonqarışdıran maşının altında qalaraq öldü
turizm

Türkiyədə azərbaycanlı motosikletçi betonqarışdıran maşının altında qalaraq öldü

07-09-2026 20:00 26 Просмотров
IMG

Türkiyənin Bodrum şəhərində Azərbaycan vətəndaşı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub.

 

Tvit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, motosiklet idarə edən 1988-ci il təvəllüdlü azərbaycanlı İbrahim Şükürov betonqarışdıran maşının altında qalıb.

 

Qəza nəticəsində Şükürov ağır xəsarətlər alıb. Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunublar. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılan Şükürov həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.

 

Betonqarışdıran maşının sürücüsü polis tərəfindən saxlanılıb. Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.