Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ ChatGPT bu ölkədə minlərlə frilanserin gəlir mənbəyini sıradan çıxarıb
ДРУГОЕ

ChatGPT bu ölkədə minlərlə frilanserin gəlir mənbəyini sıradan çıxarıb

07-09-2026 16:00 17 Просмотров
IMG

Süni intellekt alətlərinin sürətlə yayılması Keniyada minlərlə rəqəmsal frilanserin gəlir mənbəyinə ciddi zərbə vurub. Xüsusilə xarici tələbələr üçün akademik tapşırıqlar və esse yazan şəxslərin çalışdığı sektor ChatGPT kimi generativ süni intellekt alətlərinin populyarlaşmasından sonra kəskin şəkildə daralıb.

 

Tvit.az xəbər verir ki, 2009-cu ildən etibarən ucuz və sürətli internetin yayılması Keniyada minlərlə işsiz universitet məzununun qlobal onlayn əmək bazarına çıxmasına imkan yaradıb. Xarici tələbələr üçün esse və akademik tapşırıqların hazırlanması isə gəlirli fəaliyyət sahəsinə çevrilib. Frilanserlər bir tapşırıqdan təxminən 40-70 dollar qazana bilirdilər.

 

Tədqiqatçılara görə, sektorun ən yüksək inkişaf etdiyi dövrdə yalnız Nayrobidə təxminən 40 min insan bu işlərdən gəlir əldə edib. Keniya hökuməti də gənclərin frilans platformalarından istifadəsini təşviq edib və rəqəmsal məşğulluğun inkişafı üçün müxtəlif proqramlar həyata keçirib.

 

Lakin ChatGPT-nin 2022-ci ildə istifadəyə verilməsindən sonra vəziyyət dəyişib. Xarici tələbələrin akademik mətnləri saniyələr ərzində hazırlaya bilən süni intellekt alətlərinə yönəlməsi Keniyalı frilanserlərə tələbatı azaldıb. Bununla yanaşı, xidmətlərə görə ödənilən məbləğlər də aşağı düşüb.

 

Süni intellektin təsiri yalnız esse yazmaqla məhdudlaşmayıb. Transkripsiya və məzmun moderasiyası kimi əvvəllər keniyalı frilanserlər üçün mühüm gəlir mənbəyi olan işlər də avtomatlaşdırmanın təsirinə məruz qalıb.

 

Oksford Universitetinin tədqiqatçısı Mark Qraham hesab edir ki, bu dəyişiklik yalnız Keniya ilə məhdudlaşmayacaq və süni intellekt qlobal əmək bazarında böyük dəyişikliklərə səbəb olacaq.

 

Sektorda çalışmış Teresios Bundinin sözlərinə görə, süni intellektin təsiri getdikcə daha çox peşəni əhatə edə bilər.

 

Aysel Şirinova