Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya BƏƏ enerji ixracı üçün alternativ marşrutlar yaradır
dünya

BƏƏ enerji ixracı üçün alternativ marşrutlar yaradır

07-09-2026 16:00 13 Просмотров
IMG

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla müharibədən sonra enerji ixracının təhlükəsizliyini artırmaq məqsədilə ölkənin şərq sahilində liman imkanlarını genişləndirir, həmçinin alternativ nəqliyyat və enerji dəhlizləri yaradır.

 

Tvit.az xəbər verir ki, bunu BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş Əbu-Dabidə keçirilən forumda deyib.

 

Onun sözlərinə görə, BƏƏ alternativ ixrac marşrutları çərçivəsində boru kəmərlərinin, dəmir yollarının və ticarət yollarının inkişafına diqqət yetirir.

 

Qarqaş bildirib ki, İranla funksional münasibətlərin bərpası mümkün olsa da, Körfəz ölkələrinə aylarla davam edən hücumlardan sonra regionda etimadın yenidən formalaşması daha uzun zaman tələb edəcək.

 

“İranla funksional münasibətlər bərpa oluna bilər və bərpa edilməlidir. Lakin etimadın bərpası başqa məsələdir”, – deyə o qeyd edib.

 

BƏƏ avqust ayında İranla bütün iqtisadi əməliyyatları dayandırıb.

 

Qarqaş Körfəz ölkələrinin İranın hücumlarına qarşı birgə reaksiyasını da tənqid edib. O bildirib ki, region ölkələrinin kollektiv tədbirləri gözlənilən nəticəni verməyib.

 

“Uzun illər ərzində İranın yaratdığı problemin mahiyyəti ilə bağlı ümumi razılığa gəldik. Problem anlaşılmazlıqda deyildi. Əsas çatışmazlığımız bu ortaq anlayışı kifayət qədər vahid və strateji cavaba çevirə bilməməyimiz idi”, – Qarqaş vurğulayıb.

 

Aysel Şirinova