Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp: Ukrayna münaqişəsinin həlli üçün yaxşı şansımız var
dünya

Tramp: Ukrayna münaqişəsinin həlli üçün yaxşı şansımız var

04-09-2026 23:00 17 Просмотров
IMG

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin diplomatik yolla həlli üçün “yaxşı şansın” olduğunu bildirib.

 

Tvit.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin Rusiya ilə bağlı yeni missiya çərçivəsində səfər etdiklərini təsdiqləyib.

 

“Onlar gözəl iş görürlər. Biz onları nəyəsə nail ola biləcəyimizi görmək üçün göndərdik. Bunun üçün yaxşı şansımız ola bilər”, – deyə Tramp bildirib. O, Vitkoff və Kuşneri “iki gözəl danışıqçı” adlandırıb.

 

Bundan əvvəl TASS Vitkoff və Kuşnerin sentyabrın 5-6-da Moskva və Kiyevə səfər etməyi planlaşdırdığını yazıb. Reuters isə səfərlərin təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən hələ tam razılaşdırılmadığını bildirir.

 

Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ nümayəndələrinin Kiyevə səfər edəcəyini açıqlayıb. Səfərin məqsədi Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqları yenidən canlandırmaqdır.

 

Aysel Şirinova