Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp: ABŞ İranın Pikakse dağını tezliklə vura bilər
dünya

Tramp: ABŞ İranın Pikakse dağını tezliklə vura bilər

04-09-2026 23:00 19 Просмотров
IMG

ABŞ Prezidenti Donald Tramp İranın Nətənz şəhəri yaxınlığında yerləşən Pikakse dağına tezliklə zərbə endirilə biləcəyini bildirib.

 

Tvit.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ-ın bu ərazini “çox tezliklə” vura biləcəyini deyib. Onun sözləri İranın nüvə obyektlərinə qarşı hərbi təzyiqin davam etdiyini göstərir.

 

Pikakse dağı Nətənz uranın zənginləşdirilməsi kompleksinin yaxınlığında yerləşən, yerin dərinliyində inşa edilmiş möhkəmləndirilmiş ərazidir. Burada iki dərin tunel kompleksi yerləşir və obyektin mümkün nüvə fəaliyyəti ilə bağlı uzun müddətdir suallar mövcuddur.

 

Aysel Şirinova