ABŞ, Böyük Britaniya, Fransa və Almaniya gələn həftə İranla bağlı qətnamənin qəbul edilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İdarə Heyətində təmsil olunan ölkələrə diplomatik təzyiq göstərir.
Tvit.az xəbər verir ki, “Reuters”in məlumatına görə, qətnamə İranın nüvə öhdəliklərini pozması ilə bağlı məsələnin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına yol açacaq.
2025-ci ilin iyununda qəbul edilən əvvəlki qətnamədə İranın bəyan edilməmiş ərazilərdə aşkar olunan uran izləri ilə bağlı araşdırmalarda MAQATE ilə tam əməkdaşlıq etmədiyi və bununla nüvə öhdəliklərini pozduğu bildirilmişdi.
Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) tərəfi olan İran nüvə silahı hazırlamamaq öhdəliyi daşıyır. Tehran isə dəfələrlə nüvə silahı hazırlamadığını bəyan edib.
Aysel Şirinova