Beynəlxalq təşkilatlar və insan haqları fəalları İranda toy mərasiminə edilən hücumlar barədə susurlar və bu, ABŞ-ı bu cür hərəkətləri davam etdirməyə təşviq edəcək.
Tvit.az xəbər verir ki, bu barədə İranın Türkmənistandakı səfirliyinin yaydığı bəyanatda bildirilir.
"İran İslam Respublikasının Türkmənistandakı səfirliyi İranın Hörmüzqan əyalətinin Sirik rayonunun Kohestak şəhərində keçirilən toy mərasiminə Amerika rejiminin vəhşicəsinə hücumunu qətiyyətlə pisləyir. Bu hücum onlarla günahsız mülki şəxsin ölümü və yaralanması ilə nəticələndi. Ailə şənliyi üçün toplaşan bir qrup mülki şəxsə edilən hücum beynəlxalq humanitar hüquq və normaların kobud şəkildə pozulması və insanlığa qarşı cinayətlərin bariz nümunəsidir. Beynəlxalq təşkilatların və insan haqları müdafiəçilərinin bu utancverici qırğınla bağlı susqunluğu yalnız təcavüzkarı insanlığa qarşı vəhşilikləri davam etdirməyə və bu cür cinayətləri təkrarlamağa təşviq edəcək", - səfirliyin bəyanatında deyilir.
Aysel Şirinova