İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Baqayi Tehranın Qətərdəki ABŞ qüvvələrinə qarşı həyata keçirdiyi zərbələrin hərbi obyektlərə yönəldiyini və mülki ərazilərin hədəfə alınmadığını bildirib.
Tvit.az xəbər verir ki, bu barədə Bəqai “X” hesabında yazıb.
“Bu ABŞ-nin mülki hədəflərə, məktəblərə, xəstəxanalara, yaşayış məhəllələrinə, toy mərasimlərinə, körpülərə və digər obyektlərə qəsdən hücumlar həyata keçirməsi ilə bağlı uzunmüddətli tarixçəsi ilə kəskin ziddiyyət təşkil edir”, - deyə sözçü vurğulayıb.
Elmin Alışov