Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində yol kənarında tikinti materialları yanır.
Tvit.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.