Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Göyçayda ot tayasından yıxılan kişi öldü
turizm

Göyçayda ot tayasından yıxılan kişi öldü

20-08-2026 18:00 45 Просмотров
IMG

Göyçay rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Tvit.az-ın məlumatına görə, hadisə bu gün səhər saat 7 radələrində Alpoud kəndində baş verib.

 

Kənd sakini, 1984-cü il təvəllüdlü Anar Səlimov həyətdə ot tayasına ot bağlamaları yığarkən qəfil halı pisləşib və o, ot tayasının üstündən yıxılıb. Hadisə zamanı ot bağlamaları onun üzərinə düşüb. A.Səlimov hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.