Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zəlzələ nəticəsində ölənlərin sayı artır
dünya

Zəlzələ nəticəsində ölənlərin sayı artır

20-08-2026 10:00 25 Просмотров
IMG

 Kolumbiyada baş verən zəlzələ nəticəsində ən azı 319 nəfər həlak olub.

 

Tvit.az xəbər verir ki, bu barədə ölkənin Fəlakətlərin İdarə Edilməsi Agentliyi məlumat verib.

 

Məlumata əsasən, 4469 nəfər yaralanıb, 260 nəfər itkin düşmüş kimi qeydə alınıb və 364 nəfər xilas edilib. Bundan əlavə, 549 heyvan xilas edilib.

 

Zəlzələ təxminən 31.000 evi dağıdıb, 151.995 binaya ziyan dəyib.

 

Xatırladaq ki, avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentinin San José del Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib.

 

Aysel Şirinova