Qusar rayonunda avtomobil piyadanı vurub öldürüb.
Tvit.az-ın məlumatına görə, hadisə avqustun 18-də rayonun Bədirqala kəndi ərazisində qeydə alınıb.
Elçin Fətəliyev idarə etdiyi "Ford Transit" markalı avtomobillə hərəkətdə olarkən Yaqub Əliyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.