Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Rayonlarda yanğın törədən 3 nəfər saxlanıldı
turizm

Rayonlarda yanğın törədən 3 nəfər saxlanıldı

18-08-2026 10:00 26 Просмотров
IMG

Qəbələ rayonunun Hacallı kəndi, Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kəndi və Ağsu şəhəri ərazisində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

 

Bu barədə Tvit.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, araşdırmalarla yanğının E.Məhyəddinov, İ.Zeynalov və E.Musayev tərəfindən törədildiyi məlum olub.

 

Yanğın hadisələri nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.

 

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.