Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Səhər saatlarında Tovuzda dəhşətli hadisə: Su kanalında iki meyit tapıldı
turizm

Səhər saatlarında Tovuzda dəhşətli hadisə: Su kanalında iki meyit tapıldı

18-08-2026 08:00 26 Просмотров
IMG

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında iki kişi meyiti aşkar edilib.

 

Tvit.az "Report"a istinadla xəbər verir ki, meyitlərdən biri VAZ-2107 markalı avtomobildə sıxılmış vəziyyətdə, digəri isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub.

 

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan meyit avtomobildən çıxarılıb.

 

Avtomobildə olan şəxs Xatınlı kənd sakini Səid Sakit oğlu Həziyev, digəri isə Arzu Şahmar oğlu Müseyibovdur.

 

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar, hadisənin baş vermə səbəbi araşdırılır.