Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm 14 yaşlı oğlan 4 gündür itkin düşüb
turizm

14 yaşlı oğlan 4 gündür itkin düşüb

12-08-2026 17:00 24 Просмотров
IMG

Gəncə şəhərinin Sevinc qəsəbəsində yaşayan 14 yaşlı Camal 4 gündür itkin düşüb.

 

Tvit.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya onun yaxınları bildirib.

 

Məlumata görə, Camal evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun əqli inkişafının yaşına uyğun olmadığı, təxminən 6-7 yaşlı uşağın düşüncə səviyyəsində olduğu bildirilib.

 

Camal sonuncu dəfə Dəliməmmədli ərazisində görülüb. Hazırda onun harada olduğu məlum deyil.

 

Evdən çıxarkən onun üzərində qara köynək və qara şalvar olub.

 

Camalı görən və ya onun yeri barədə hər hansı məlumatı olan şəxslərdən dərhal polisə məlumat vermələri xahiş olunur.

 

Həmçinin məlumatı olan şəxslər Camalın valideynləri ilə əlaqə saxlaya bilərlər: 055 347 71 04, 055 347 71 05.