Beynəlxalq Olimpiya Komitəsinin Rusiyanın üzvlüyünün dayandırılmasını müvəqqəti olaraq ləğv etməsindən sonra, Rusiya idmançılarının 2028-ci il Los-Anceles Olimpiya Oyunlarında öz ölkələrinin adından yarışmasına icazə verilə biləcəyi bildirilib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Rusiyanın Olimpiya Oyunlarında öz bayrağını və rənglərini nümayiş etdirməsinə icazə verilib-verilməyəcəyi və ya dövlət himninin səsləndirilib-səsləndirilməyəcəyi ilə bağlı hələlik yekun qərar verilməyib.
Beynəlxalq Olimpiya Komitəsi Rusiyada heç bir tədbir təşkil etməmək və Rusiya hökumət rəsmilərini tədbirlərə dəvət etməmək qərarının qüvvədə qalacağını bildirib.
Elmin Alışov