Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm İsmayıllıda traktorun altına yıxılan kişi öldü
turizm

İsmayıllıda traktorun altına yıxılan kişi öldü

23-06-2026 20:00 37 Просмотров
IMG

İsmayıllı rayonunda bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib.

"Tvit.az" xəbər verir ki, hadisə Lahıc–Dəmirçi avtomobil yolunda aparılan təmir-tikinti işləri zamanı baş verib.

İlkin məlumata görə, Sumqayıt şəhər sakini, 56 yaşlı Əyyub Əfəndiyev idarə etdiyi tırtıllı traktordan yıxılıb və ağır texnikanın altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatları aparılan araşdırmalardan sonra məlum olacaq.