İmişli rayonunda dörd ticarət obyektində yanğın başlayıb.
Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Nəcməddin Savalanov küçəsində yerləşən sakinlərə məxsus ticarət obyektlərində qeydə alınıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvələri cəlb olunub.