Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Yaponiya XİN başçısı Ceyhun Bayramovla qarşıdakı danışıqların əsas mövzularını açıqlayıb
siyasət

Yaponiya XİN başçısı Ceyhun Bayramovla qarşıdakı danışıqların əsas mövzularını açıqlayıb

09-06-2026 14:00 51 Просмотров
IMG

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi azərbaycanlı həmkarı Ceyhun Bayramovla qarşıdakı danışıqların əsas mövzularını açıqlayıb.

 

Tvit.az xəbər verir ki, Yaponiya XİN başçısı bunu mətbuat konfransında bəyan edib.

 

Onun sözlərinə görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq, xüsusilə enerji məsələləri ilə yanaşı, həm də regional gündəlik - Yaxın Şərq, Cənubi Qafqaz və Hind-Sakit okeanı regionundakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparacaqlar.

 

"Xəzər dənizi sahilində yerləşən və dünyanın aparıcı neft və təbii qaz istehsalçılarından biri olan Azərbaycan hazırda neft yataqlarının işlənməsində Yaponiya şirkətləri ilə əməkdaşlıq edir və cari vəziyyəti nəzərə alaraq Yaponiyaya xam neft ixrac edir. Bundan başqa, Azərbaycan tərəfi Yaxın Şərqdə son gərginlik kontekstində Yaponiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsində mühüm dəstək göstərir, bura İrandan təxliyə edilmiş Yaponiya vətəndaşlarının qəbulu da daxildir", - o qeyd edib.

 

T.Moteqi həmçinin vurğulayıb ki, bu, C.Bayramovun səfəri son 17 ildə Azərbaycan xarici işlər naziri səviyyəsində Yaponiyaya həyata keçirilən ilk səfəridir.

 

Qeyd edək ki, C.Bayramovun iyunun 9-da Yaponiyaya ikigünlük rəsmi səfəri başlayıb.