Lənkəranda avtomobil 51 yaşlı piyadanı vuraraq öldürüb.
Tvit.az xəbər verir ki, hadisə ötən gecə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib.
2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi "Mersedes" markalı nəqliyyat vasitəsi 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Ə.Qulamov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.