Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan və ABŞ Xəzər regionunda yeni əməkdaşlıq imkanlarını müzakirə edib
siyasət

Azərbaycan və ABŞ Xəzər regionunda yeni əməkdaşlıq imkanlarını müzakirə edib

02-06-2026 12:00 46 Просмотров
IMG

Azərbaycan və ABŞ arasında Xəzər regionunda yeni əməkdaşlıq imkanları üzrə müzakirələr aparılıb.

 

Tvit.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.


Məlumata görə, bu barədə müzakirələr ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

 

Nazir bildirib ki, iki ölkə arasında yeni mərhələyə yüksələn Azərbaycan və ABŞ arasında strateji enerji tərəfdaşlığının prioritet istiqamətləri nəzərdən keçirilib: "Görüşdə regional enerji təhlükəsizliyi, neft-qaz sektorunun, enerji bağlantılarıın inkişafı və Xəzər regionunda yeni əməkdaşlıq imkanları üzrə müzakirələr aparılıb".