Səudiyyə Ərəbistanında Həcc ziyarəti ilə bağlı ölkəyə gələn zəvvarların sayı 1,5 milyonu ötüb.
Tvit.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinə Pasport Departamentinin baş direktoru general-mayor Salih əl-Murabba məlumat verib.
O, Həcc mövsümü ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, ölkəyə gələn zəvvarların 1,4 milyondan çoxu hava yolu ilə müqəddəs torpaqlara çatıb.
Murabbanın sözlərinə görə, Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına quru yolu ilə 45 min nəfər, dəniz yolu ilə isə təxminən 6 min nəfər daxil olub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tofiq əl-Rəbiə mayın 13-də Həcc ziyarəti üçün ölkəyə gələnlərin sayının 860 mini keçdiyini açıqlamışdı.
Aysel Şirinova