Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran sülh danışıqlarındakı mövcud vəziyyəti "dönüş nöqtəsi" adlandırır
dünya

İran sülh danışıqlarındakı mövcud vəziyyəti "dönüş nöqtəsi" adlandırır

22-05-2026 22:00 13 Просмотров
IMG

İranda ABŞ ilə sülh razılaşması əldə etmək üçün diplomatik fəaliyyət davam edir.

 

Tvit.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Esmaeil Bəqayi bildirib ki, "Mövcud proses və yüksək vəzifəli Pakistan rəsmilərinin Tehranda olması dönüş nöqtəsinə və ya həlledici vəziyyətə çatdığımız deməkdir".

 

“Nüvə ilə bağlı müzakirələrin təfərrüatları barədə danışmamağımızın səbəbi aydındır. Biz bunu iki dəfə etmişik və qarşı tərəfin tamahkarlığı bizi müharibəyə apardı. Biz bu təcrübəni görməzdən gələ bilmərik”, - deyə Bəqayi bildirib.

 

Aysel Şirinova