Nepalda əlverişli hava şəraitindən istifadə edən yüzlərlə alpinist eyni vaxtda yola düşərək Everestin cənub marşrutunun zirvəsinə bir gündə çatan insanların sayına görə tarixi rekord qırıb.
Tvit.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ümumilikdə 274 alpinist eyni vaxtda Everest zirvəsinə uğurla çatıb. Bu rəqəm, dağın cənub yamacından bir gündə zirvəyə çatan ən yüksək insan sayıdır. Əvvəlki rekord 22 may 2019-cu ildə 223 alpinist zirvəyə çatanda qeydə alınıb.
Elmin Alışov