Rusiya prezidenti Vladimir Putin nüvə silahının istifadəsini müstəsna təhlükəsizlik tədbiri adlandırıb.
Tvit.az bu barədə “RİA Novosti” agentliyinə istinadən xəbər verir.
“Mən artıq qeyd etmişəm və bir daha vurğulayacağam ki, nüvə silahlarının istifadəsi dövlətlərimizin milli təhlükəsizliyini təmin etmək üçün ifrat, müstəsna bir tədbirdir”,- deyə Putin bildirib.
Elmin Alışov