Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница turizm “Roşka” ləqəbli tiktoker həbs edilib
turizm

“Roşka” ləqəbli tiktoker həbs edilib

27-11-2024 21:00 17 Просмотров
IMG

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

 

Tvit.az DİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb.

 

Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

 

Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.

 

Xatırladaq ki, eyni əməllərə görə, R.Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada həbs edilmişdi.