Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Bakı metrosunda yanğın təhlükəsi: Baxış keçirildi
turizm

Bakı metrosunda yanğın təhlükəsi: Baxış keçirildi

27-11-2024 18:00 168 Просмотров
IMG

Bakı metrosunun “Gənclik” stansiyasında qatarda yanğın məlumatı ilə əlaqədar texniki baxış keçirilib.

 

Tvit.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, “Gənclik” stansiyasını qatar tərk edərkən sərnişinlərdən biri qatarda yanğın qoxusunun olması barədə bildirib.

 

Qeyd olunub ki, qatarda hər hansı problem aşkarlanmadığı, eyni zamanda maşinistin idarəetmə pultunda nasazlıq olmadığı halda sərnişinin məlumatı əsasında qatara əlavə texniki baxışın keçirilməsi zərurəti yaranıb. Nəticədə qatarda hər hansı problem aşkarlanmayıb.