Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub
sosial

Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub

01-05-2026 22:00 31 Просмотров
IMG

Naxçıvan Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub.

 

Tvit.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Naib Fəxrəddin oğlu Əlizadə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Naib Əlizadə bu təyinata qədər Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb, həmçinin sədr vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edib.