ABŞ-ın yeni seçilmiş prezidenti Tramp prezident vəzifəsinə keçərkən Meksika və Kanadadan gələn bütün məhsullara 25 faiz, Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial media platformasında açıqlama verib.
“Yanvarın 20-də verdiyim ilk sərəncamlardan biri olaraq, Meksika, Kanada və Çindən ABŞ-a gələn bütün məhsullara və onların absurdcasına açıq sərhədlərinə 25 faiz rüsum tətbiq etmək üçün bütün lazımi sənədləri imzalayacağam. Bu tarifə dərmanlar da daxil olacaq”,- deyə Tramp qeyd edib.
Elmin Alışov