Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı və xarici səfirlikləri hücum təhlükəsi səbəbindən işləməkdən imtina etdiklərinə görə tənqid edib.
Tvit.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün Telegram kanalında müvafiq bəyanat yayıb.
“Hava hücumu olmayanda dövlət, istehsalat, səfirliklər - hamı eyni işləməlidir. Xüsusilə də kəşfiyyat xidmətlərindən alınan məlumatları bir gün istirahət etmək icazəsi deyil, məlumat kimi qəbul edin. Bu, Ukrayna Ali Radasından, hökumətin digər struktur və qollarından tutmuş, regionlardakı və icmalardakı hökumət orqanlarına qədər hər kəsə aiddir”, - deyə Ukrayna lideri izah edib.
Zelenskinin sözlərinə görə, hava hücumu xəbərdarlığı zamanı hər kəs sığınacaqlara getməlidir. Ancaq əks halda işləməyə və xidmətə davam etmək lazımdır.
Aysel Şirinova