Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
Домашняя страница dünya Rusiyalı jurnalistin həbs müddəti uzadıldı
dünya

Rusiyalı jurnalistin həbs müddəti uzadıldı

22-11-2024 21:00 15 Просмотров
IMG

Rusiyalı jurnalist Nadejda Kevorkovanın həbs müddəti uzadılıb.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata əsasən, Moskvanın Basmannı məhkəməsi terrorçuluğa haqq qazandırmaqda ittiham olunan jurnalistin həbs müddətini uzadıb.

Bildirilib ki, Kevorkova yanvarın 5-dək həbsdə qalacaq.

Xatırladaq ki, jurnalist mayın 7-də həbs edilib. O, Telegram-dakı paylaşımlarına görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci (“Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği”) ilə ittiham olunur. 

Aysel Şirinova