Kamçatkada 4,9 bal gücündə zəlzələ oldu.
Tvit.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) saytında məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 21:43-də (Moskva vaxtı ilə 12:43-də) baş verib. Zəlzələnin episentri təxminən 165 min nəfər əhalisi olan Petropavlovsk-Kamçatski şəhərindən 235 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat verilməyib.
Aysel Şirinova