Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB
turizm

Müşfiq Abbasov həbs edildi - YENİLƏNİB

23-02-2026 19:00 14 Просмотров
IMG

Xəbər verdiyimiz kimi, Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Tvit.az"a bildirilib ki, vətəndaş Abbasov Müşfiq Elman oğlu barədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib və məhkəmənin 23.02.2026-cı il tarixli qərarı ilə Müşfiq Abbasov 15 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri seçilib.

*** 17:45

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib.

"Tvit.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib.

Qərara əsasən M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib.

Qeydb edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub.