“Qarabağ”ın futbolçusu Sami Mmae komandanın əsas heyətindən uzaqlaşdırılıb.
Tvit.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
O bildirib ki, məşqçi heyətinin qərarına əsasən Zaqreb “Dinamo”sundan icarəyə götürülən oyunçu əvəzedici heyətə göndərilib.
Qeyd edək ki, bu barədə ilk xəbəri Sportinfo.az saytı yayıb